Sabiq “fənər”li I Liqa klubunda - RƏSMİ
03.01.2026 - 16:34
Türkiyə Super Liqası təmsilçisi “Başakşəhər"də ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, komandanın futbolçusu Ömər Faruk Beyaz I Liqada çıxış edən “Erokspor”a transfer olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, “Fənərbaxça”nın yetirməsi olan Ömər Faruk Beyaz karyerası ərzində “Ştutqart” və “Hatayspor” kimi klubların da formasını geyinib.
- ACES Europe prezidenti: “Bakı dünyanın ən vacib şəhərlərindən biridir”
- “Barselona” Almaniya millisinin üzvü ilə maraqlanır
- “Şaxtyor”un futbolçusu Premyer Liqaya doğru - “Neftçi”nin maraq dairəsində
- Elmar Baxşıyev: “Bu nəticə hamı üçün gözlənilməz oldu”
- Muslera "Estudiantes"də debüt etdi - FİNALDA MƏĞLUB OLDU
0
0