Sonuncu "Qızıl top"un sahibi Rodri "Mançester Siti" ilə yeni müqavilə imzalamağa yaxındır.
Apasport.az xəbər verir ki, “şəhərlilər” müqaviləsi 2027-ci ildə başa çatacaq ispaniyalı yarımmüdafiəçini komandada saxlamaq niyyətindədir.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, tərəflər 2029-cu ilə qədər nəzərdə tutulan yeni müqavilə üzərində razılığa gəliblər.
Qeyd edək ki, İspaniya millisinin üzvü olan Rodri 2019-cu ildən "Mançester Siti"nin formasını geyinir. O, bu müddətdə komandanın heyətində 265 rəsmi oyunda iştirak edərək 26 qol vurub və 32 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Neftçi" Polşa klubu ilə heç-heçə etdi - YENİLƏNİB
- Özbəkistan dünya çempionatında - TARİXDƏ İLK DƏFƏ
- DÇ-2026: Türkiyə Bolqarıstanı meydana çıxmağa peşman etdi - YENİLƏNİB
- Maksim Medvedev: “Yeni tarix yazmağa hazırıq”
- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM