"Tottenhem" "Real"ın futbolçusu üçün 85 milyonu gözdən çıxarıb
21.11.2025 - 14:51
“Tottenhem” qış transfer pəncərəsində hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, London klubu “Real Madrid”in futbolçusu Roqriqo ilə yaxından maraqlanır.
Bu barədə “Fichajes” nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, “Tottenhem" Madrid təmsilçisində özünü xoşbəxt hiss etməyən braziliyalı vinger üçün 85 milyon avronu gözdən çıxarıb.
Bildirilir ki, 24 yaşlı futbolçu da Premyer Liqa klubuna keçidə müsbət yanaşır.
Qeyd edək ki, “Real Madrid” Roqriqonu 2019-cu ildə “Santos”dan 45 milyon avroya transfer edib.
- Naxçıvan Futbol Federasiyasının prezidentinin şirkətinin qanunsuz fəaliyyəti aşkar edilib
- Patrik Andrade: “Agentim Bakıya gələrək, klubla görüşəcək”
- Bakıda Kamandan Oxatma üzrə Ölkə Birinciliyinin final mərhələsi keçirilir - FOTO
- “Real” gənc hücumçu ilə müqavilə müddətini uzadıb
- Məşhur baş məşqçinin evi qarət olunub
0
0