İngiltərə Premyer Liqası təmsilçilərindən "Bornmut"un üzvü Antuan Semenyo yayda komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, futbolçu ilə "Mançester Yunayted" və "Tottenhem" yaxından maraqlanır.
Bu barədə "SkySports" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Premyer Liqa klubu 25 yaşlı vinger üçün 50 milyon avro tələb edir.
Qeyd edək ki, "Bornmut" Semenyonu 2023-cü ildə "Bristol Siti"dən 10,2 milyon avroya heyətinə qatmışdı.
Qana millisinin üzvü bu mövsüm komandasının heyətində meydana çıxdığı 42 rəsmi matçda 13 qol, 7 assistlə yadda qalıb.
Xatırladaq ki, Semenyonun klubla mövcud müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.
- "Fənər"in yeni transferi 3 həftə OYNAYA BİLMƏYƏCƏK
- “Liverpul”un müdafiəçisi: “Qarabağ” ÇL səviyyəsində komandadır”
- ÇL: “Çelsi” “Barsa”ya, “Bayer” “Siti”yə qalib gəlib - YENİLƏNİB
- Emreli üçün yeni şans: İtaliya və Polşadan təkliflər var
- AMADA-nın icraçı direktoru: "Builki konfrans Konstitusiya və Suverenlik ilinə həsr olunub"