Vardi İtaliyada ən yaxşısı seçilib
11.12.2025 - 18:56
İtaliya A Seriyasında noyabr ayının ən yaxşı futbolçusu bəlli olub.
Apasport.az xəbər verir ki, bu ada “Kremoneze”nin hücumçusu Ceymi Vardi layiq görülüb.
Bu barədə turnirin mətbuat xidməti açıqlama yayıb.
38 yaşlı forvard “İnter”dən Lautaro Martinesi, “Milan”ın qapıçısı Mayk Menyanı, “Napoli”nin futbolçusu David Neresi, “Udineze”dən Nikolo Zaniolonu və “Cenoa”nın müdafiəçisi Leo Ostiqaardı geridə qoyub.
Xatırladaq ki, Vardi ötən ay “Kremoneze”nin heyətində A Seriyasında keçirdiyi 4 oyunda 3 qol vurmuşdu.

- "Hayduk"un sabiq forvardı: "Çox istəyərdim ki, növbəti mərhələyə "Zirə" adlasın, onlara azarkeşlik edəcəm"
- “Kəpəz” gürcüstanlı futbolçu ilə yollarını ayırıb - RƏSMİ
- “Çelsi”də şok qalmaqal: Sabiq xəzinədar 208 min funtu mənimsəyib
- “Sabah” “İmişli”ni darmadağın etdi - YENİLƏNİB
- Vinisius "Real Madrid"in növbəti matçını buraxacaq
0
0