"Yunayted" istədi, "Bornmut"u seçdi - RƏSMİ
02.07.2025 - 09:57
İngiltərə Premyer Liqası təmsilçilərindən "Bornmut"da yeni müqavilə rəsmiləşib.
Apasport.az xəbər verir ki, klub hücumçu Antuan Semenyo ilə 2030-cu ilə qədər nəzərdə tutulan yeni müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, 25 yaşlı vingerlə daha əvvəl "Tottenhem" və "Mançester Yunayted" klubları yaxından maraqlanırdı.
Qeyd edək ki, "Bornmut" Semenyonu 2023-cü ildə "Bristol Siti"dən 10,25 milyon avroya transfer edib. Qana millisinin üzvü bu müddət ərzində komandanın heyətində 89 oyuna çıxıb, 22 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
- AMADA 2025-ci ilin 10 ayında 27 idmançının məkan məlumatı pozuntusunu açıqlayıb
- Premyer Liqa: Yeni mövsümün püşkatma mərasimi keçirilib - FOTO - YENİLƏNİB
- İslam Oyunları: İdmançımız qazaxıstanlı rəqibinə uduzdu
- İspaniya millisinin üzvü "Atletiko"nu tərk etdi - RƏSMİ
- Elmar Baxşıyev: “Layiqli qələbə qazandıq”
0
0