"Yuventus" türkiyəli futbolçunu buraxmaq istəmir - MÜQAVİLƏ YENİLƏYƏCƏK
04.09.2025 - 12:53
“Yuventus” Kenan Yıldızla müqaviləni yeniləməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, A Seriyası təmsilçisi gənc futbolçunu komandada saxlamaq niyyətindədir.
“Qoca sinyora” 20 yaşlı vingerin illik 1,5 milyon avro olan maaşını 5 milyon avroya qaldıracaq.
Qeyd edək ki, Kenan Yıldız indiyədək “Yuventus”un heyətində 86 rəsmi oyuna çıxıb, 16 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Trabzonspor”un gənc futbolçusu dünya nəhənglərinin radarında
- Elvin Cəfərquliyev: “Növbəti matçlarda da qələbə üçün meydana çıxacağıq”
- Felipe Santos: "Komandada onun xüsusiyyətlərinə malik başqa oyunçu yoxdur"
- "Beşiktaş"da ayrılıq - RƏSMİ
- “Şahdağ Quba”nın sabiq prezidenti Türkiyədə ölü tapıldı - VİDEO
0
0