
2 qat dünya, 4 qat Avropa çempionu italiyalı Frank Çamiso aprelin 5-dən 7-dək Bakıda keçiriləcək güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirində çıxış edəcək.
Apasport.az xəbər verir ki, bu barədə UWW məlumat yayıb.
Sərbəst növdə 74 kq çəki dərəcəsində yarışacaq Çamiso keçən il Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında lisenziya qazana bilməyib.
İtaliyalı Bakıdakı turnirin hazırlıqlarının bir hissəsini Tokiodakı keçib. Ölkəmizi onun çəkisində Turan Bayramov təmsil edəcək.
Qeyd edək ki, Avropa Olimpiya Təsnifat Turnirinin proqramına əsasən sərbəst güləşçilər aprelin 7-də xalçaya çıxacaqlar.
- Adil Şükürov: “Çalışacağıq ki, itirdiyimiz xalları bərpa edək”
- Erik Ramos: "Çempionata bu cür başlamaq turnirlə çox erkən vidalaşmaq deməkdir" - MÜSAHİBƏ
- Azərbaycan millisinin sabiq baş məşqçisi: “Həqiqətən də, əla oynadınız”
- Stadiona yad əşya atmaq, azarkeşlərin cərimələnməsi - Qanuni video açıqlama
- Rahil Məmmədov Polşada debüt etdi