“Araz-Naxçıvan”ın məşqçisi: “Bu, komandanın piki deyil“
13.09.2024 - 21:47
“Araz-Naxçıvan”ın məşqçisi: “Bu, komandanın piki deyil“

Misli Premyer Liqasının VI turunda "Araz-Naxçıvan" "Kəpəz"i qəbul edib - 1:0.

Apasport.az xəbər verir ki, matçdan sonra meydan sahiblərinin məşqçisi Rasim Ramaldanovun mətbuat konfransı keçirilib.

"Azər Bağırova və "Kəpəz"ə uğurlar arzulayıram. Çətin oyun olacağını gözləyirdik. "Kəpəz" neçə turdur ki, uduzurdu. Nə vaxtsa, bu seriya qırılmalı idi. Uşaqlar sağolsunlar, hamısı sona qədər oynadılar. Birinci hissədə oyuna diqtə edirdik, yaxşı hücumlar etdik, son nöqtəni qoya bilmirdik. Bəxtsizlik var idi. İkinci hissədə eyni başladıq. Dəyişikliklərdən sonra qol vurduq. Qalib gəldik".

- Qələbələrin davamının gəlməsi üçün nə edəcəksiz?
- Biz dayanmalı deyilik. Qələbələr qazansaq da, dayanmamalıyıq. Səhvlərimiz var, onların üzərində işləməliyik. Bir az da yaxşılaşdırmalıyıq. Bu, komandanın piki deyil. 

- Avrokuboklar zonasında sona qədər qala biləcəksiz?
- Avrokuboklardan konkret heç nə danışmaq istəmirəm. Amma komandamıza inanırıq. Yaxşı futbolçularımız var. Yaxşı komanda görəcəyik. Qarşıdakı oyunları fikirləşib, hazırlaşırıq.

writer photo
İsmayıl Xeyrullayev
0