Atıcılarımızdan qızıl medal
24.03.2024 - 22:23
Azərbaycan idmançıları Almaniyanın Dortmund şəhərində keçirilən beynəlxalq turnirdə növbəti uğurlara imza atıblar.
Apasport.az xəbər verir ki, gənclərdən ibarət qarışıq komanda fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
Leyli Əliyeva və Vladislav Kalmıkovdan ibarət cütlük 1-ci yeri tutub. Təmsilçilərimiz 10 metr məsafəyə pnevmatik tapançadan güllə atma növündə qızıl medala sahib olublar.
Qeyd edək ki, millimiz daha öncə 3 qızıl, 2 gümüş və 1 bürünc medala yiyələnib.
- "Qaradağ Lökbatan" və “Mingəçevir”dən qələbə - YENİLƏNİB
- Firmino Səudiyyə Ərəbistanını tərk etmək istəyir
- Artur Jorje: “ Belə səviyyəli yarışda belə qol buraxmaq bağışlanmaz səhvdir”
- "Formula 1": Oskar Piastri Azərbaycan Qran-prisinin qalibi oldu
- Ayxan Abbasov: “Hücumda bir az da soyuqqanlı olsaydıq...”
0
0