Azər Bağırov: “Gələcək oyunlarda istədiyimiz “Kəpəz”i görəcəyik”
13.09.2024 - 21:43
Azər Bağırov: “Gələcək oyunlarda istədiyimiz “Kəpəz”i görəcəyik”

Misli Premyer Liqasının VI turunda "Araz-Naxçıvan" "Kəpəz" məğlub edib - 1:0

Apasport.az xəbər verir ki, matçdan sonra Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib.

"Gərgin oyun oldu. Matçdan öncə də uşaqlara konsentarsiya haqda danışmışdıq. Rəqibin necə oynadığını bilirdik. Qol epizodları verməsək də, rəqibin texniki sarıdan üstün futbolçuları var. Bizim də qol epizodlarımız oldu. Rəqibi təzyiqdə saxlaya bildik. Bunu daha da çoxaltmaq lazımdır. Gələcək oyunlarda daha da istədiyimiz "Kəpəz"i görəcəyik".

- İlk oyununuz "Araz-Naxçıvan"a qarşı idi. Bu sizə kömək oldu?
- "Araz-Naxçıvan"da işləməyim barədə fikirləşmirdim. Komandanı oyundan-oyuna daha da yaxşılaşdırmağı fikirləşirik. İstədiyimiz oyun tərzini, futbolu sərgiləmək istəyirik.

- Vurğun Hüseynovun gedişi nə ilə bağlı idi?
- Onunla qısa dialoqumuz oldu. Məşqlərin birində danışdıq. İllərdir ki, Azərbaycan ftubolunda əməyi var. Bugünkü vəziyyəti görüb, bizə uğurlar arzuladı. Özü artıq başqa sahədə çalışmaq istədi. Biz də ona təşəkkür etdik.

- Liqada xalsız yeganə komandasız. İndiki vəziyyətdə xallar qazanmaq üçün hansı planlar var?
- İkinci hissənin sonlarına yaxın meydanın mərkəzində boşluqlar var idi. Dəyişikliklər etməliydik. Amma Pana cəzalıdır. Ona görə edə bilmədik. İnanıram ki, heyətimizə yeni futbolçular qatacağıq. Artıq Pana, Dioqonun gəlişi gözlənilir. 

- Rəhbərlik sizə neçə oyun möhlət verib? Sırf neçə oyun xal qazanmasanız narazılıqlar baş verə bilər?
- Bu sual rəhbərliyə yönələcək sualdır. Amma bu gün işə başlamışıq. Bu barədə danışığımız olmayıb. Ancaq inanıram ki, tezliklə xal və ya xallar qazanacağıq.

writer photo
İsmayıl Xeyrullayev
0