Artıq Futbol üzrə Azərbaycan çempionatının I Liqasının startına sayılı günlər qalıb.
Yarışın ilk turunun oyun cədvəli bu gün bəlli oldu. Turun 4 matçı Peşəkar Futbol Liqasının I Liqa / II Liqa yutub kanalında, "Qəbələ" - "Zaqatala" dueli isə “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
I Liqanın növbəti qarşılaşmalarının televiziyada yayımlanacağı məlumatını isə "CBC Sport"un xəbərlər departamentinin baş redaktoru Şəmsəddin Abbasov apasport.az saytına açıqladı. O, "Qəbələ" - "Zaqatala" seçiminin səbəbini də əsaslandırdı:
"Ötən mövsüm ərzində I Liqanın bir neçə matçını canlı yayımlamışdıq. Artıq gələn həftə çempionat yenidən start götürür. Bu dəfə "Qəbələ" - "Zaqatala" oyununu canlı yayımlayacağıq. PFL-lə də məsləhətləşdik və açılış turunun matçı olduğu üçün bu görüşü daha məqsədəuyğun gördük. Həm Qəbələ şəhər stadionu çəkiliş üçün daha əlverişlidir, həm də maraqlı dueldir. İmkan daxilində I Liqanın bir neçə oyununu da canlı yayımlamağı nəzərdə tutmuşuq".
İsmayıl Xeyrullayev
- "Qalatasaray" istədi, "Roma" aldı
- "Kocaelispor" ayağının tozu ilə "Qarabağ"dan futbolçu istəyir - HƏM DƏ YERLİ
- Erik Ramos: "Çempionata bu cür başlamaq turnirlə çox erkən vidalaşmaq deməkdir" - MÜSAHİBƏ
- “İpsviç”in əfsanəsi xərçəng xəstəliyinə yoluxub
- "Qarabağ" çempionluğa daha bir addım atdı - YENİLƏNİB