"Maraqlı oyuna şahidlik etdik. Hər iki komanda yaxşı mübarizə apardı. Heyətlə bağlı sıxıntı yaşayırdıq. Amma meydana çıxan oyunçular onları layiqincə əvəz eetdi. Komandanın performansından razı qaldım. Daha da artırmalıyıq ki, sonuncu pillədən qurtulaq".
Apasport.az xəbər verir ki, bu sözləri Premyer Liqanın "Zirə" ilə oyunundan (1:1) sonra Elmar Baxşıyev deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- İtkilərin fonunda bu heç-heçəni qələbəyə bərabər hesab etmək olar?
- İtkiləri bilirdik. Müəyyən rotasiyalara getməyə məcbur idik. Boşluqları doldura bildik. Nəticədən əlavə komandanın mübarizəsi məni qane etdi.
- Vurduğu gözəl qola görə Ülvi İsgəndərliyə mükafat veriləcək?
- Qola görə heç bir mükafat vermirik. Ülvi komandanın aparıcı oyunçularından biridir. Ondan hər an belə qollar gözləyirik.
- Klesio Baukun durumu necədir?
- Bizə zədəli gəlmişdi. Bu oyuna çıxmağı riskli idi. Sağ olsun, komandaya fayda verməyə çalışdı. Zədəsi ciddi deyil. Özünü qorumaq üçün oyundan çıxmaq istədi.
- Emil Səfərov gənc futbolçudur. Onun bu qədər aqressiv olması barədə fikirləriniz necədir?
- Futbolçu aqressiyanı göstərməlidir. Nəysə istəyir ki, bunu göstərir. Emin intizamlı futbolçudur. Onun aqressiv olması bizim xeyrimizədir.
- Sanki bu gün əvvəlki "Qəbələ" sizə qarşı oynayırdı...
- Futbolda belə hallara da hazır olmalısan. Onlara uğurlar arzulayıram. "Qəbələ" üçün böyük işlər görüblər, adlarını klubun tarixinə yazdırıblar. Heç bir futbolçu ilə incikliyimiz yoxdur. Gələcəkdə yenə bir yerdə işləyə bilərik.