Azərbaycanda ən uzun müddət legioner həyatı yaşamış xorvatlardan olan Ernad Skuliç apasport.az saytına açıqlama verib.
Hazırda “İnter” (Zapreşiça) klubunda çalışan Skuliç Konfrans Liqasının “Hayduk” – “Zirə” görüşü ilə bağlı fikirlərini bölüşüb:
"Birinci hissədə "Zirə" yaxşı idi, yaxşı futbol oynadı. Üstəlik, qol epizodları yaratdılar, amma onlardan yararlana bilmədilər. Cəmi birini vurdular. Fasilədən sonra isə "Hayduk" daha yaxşı idi. Splitdə çox çətin olacaq.
Oyun necə getsə də, azarkeşlər möhtəşəm olacaq. Əgər "Zirə" tez qol buraxmasa, demək ki, növbəti mərhələ üçün böyük şansları olacaq. Marko Livaya ən təhlükəli oyunçularıdır, onu saxlaya bilsələr, tez qol buraxmasalar, şansları var. "Zirə" yaxşı komandadır . Stadion tam dolu olacaq. Əla atmosfer görəcəksiz. "Hayduk"un azakeşləri əsl 12-ci oyunçudur".
Qeyd edək ki, "Hayduk" - "Zirə" matçı iyulun 31-də keçiriləcək.
- UFC Bakı tədbirində oktaqona çıxacaq idmançıların rəsmi çəkiölçmə mərasimi keçirilib - YENİLƏNİB
- "Əl-Nəsr"də çıxış etmiş futbolçu "Kəpəz"in radarında - EKSKLÜZİV
- Ederson "Mançester Siti"nin tarixinə düşdü
- Portuqaliya klubundan "Qarabağ"a 3-cü dəfə rədd cavabı: HÜCUMÇU TRANSFERİ YARIMÇIQ QALDI
- Foden 50-ci oyununda ilkə imza atdı