Kənan Kərimov: “Düşünürəm ki, İsveçin ardınca ikinci ola bilərik"
04.09.2024 - 13:09
Kənan Kərimov: “Düşünürəm ki, İsveçin ardınca ikinci ola bilərik"

“Qrupda favorit olaraq İsveç millisini görürəm. Buna baxmayaraq, sabahkı matçdan gözləntim yalnız qələbədir”.

Bu sözləri apasport.az saytına açıqlamasında Kənan Kərimov deyib.

Təcrübəli mütəxəssis Azərbaycan millisinin İsveçlə layiqli mübarizə aparacağına inandığını söyləyib:

“İsveçlə dueldə komandamıza uğurlar arzulayıram. Yığmamızın baxımlı çıxışı ilə bizi sevindirəcəyinə inanıram. Millətlər Liqasının qrupundakı rəqiblərimiz İsveç, Slovakiya və Estoniyadır. Düşünürəm ki, ikincilik uğrunda mübarizə aparmaq olar”. 

“Karvan”ın baş məşqçisi I Liqa təmsilçisinin hazırlıq prosesi barədə də danışıb:

“Çempionatın startına çox az qalıb. Yenilənmiş komandayıq. Bir neçə yerli və əcnəbi futbolçu transfer etmişik. Onların hamısı komandaya qısa bir zamanda uyğunlaşdılar. Adaptasiya problemi yaşamadıq. Oyunçuların fiziki durumları da qənaətbəxşdir. Düşünürəm ki, I Liqada mövsüm daha gərgin keçəcək. Çıxışımızla azarkeşlərimizi sevindirməyə çalışacağıq. Hədəfimiz ilk 3-lükdə qərarlaşmaqdır”.

İsmayıl Xeyrullayev

writer photo
İsmayıl Xeyrullayev
0