Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin yeni klubu rəsmiləşmək üzrədir.
Apasport.az saytının əldə etdiyi məlumata görə, həmyerlimiz karyerasını Bundesliqada davam etdirəcək.
O, Almaniya yüksək dəstəsində çıxış edən "Sankt Pauli"yə transfer olmağa yaxındır.
Hamburq təmsilçisi hələ aylar öncə Emreli ilə təmasa keçmişdi. Lakin komandanın Bundesliqada autsayderlər qrupunda qərarlaşması mümkün anlaşmaya imkan verməmişdi.
Hazırda "liqa piratları" elitada qalmağı rəsmiləşdirib. Tərəflər arasında gedən danışıqlarda da bunun baş verəcəyi halda Mahirin keçidə razılıq verəcəyi bildirilirdi.
Mövsümün sonunda "Nürnberq"i tərk edəcək həmyerlimizin "Sankt Pauli"yə transferi an məsələsidir.
Qeyd edək ki, Emreli ötən ilin yayından II Bundesliqa təmsilçisində çıxış edir.
- İçiro Otsuka: “Azərbaycan kimi komandalara qarşı oynamaq üçün yaxşı təcrübədir”
- “Formula 1”: “Maklaren”dən ardıcıl 2-ci çempionluq
- II Liqa: "Şahdağ Qusar" və "Dinamo"dan səfər qələbəsi, İmişlidə bərabərlik
- "Roma" De Rossinin rəhbərliyi altında ilk məğlubiyyətini aldı
- “Qəbələ”nin yeni transferi: “İşimizə peşəkar və çox ciddi yanaşırıq”