Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı keçirilir.
Apasport.az xəbər verir ki, bu gün ilk mükafatçılar bəlli olub.
Yarışın ikinci günündə 55, 63, 77 və 87 kq çəkidə mübarizə aparan yunan-Roma güləşçiləri final görüşlərinə çıxıblar. Millimizin dörd üzvü turnirdə son sınağına çıxıb.
55 kq çəkidə Rəşad Məmmədov final görüşünə çıxıb. Təmsilçimiz moldovalı Artyom Deleanu ilə üz-üzə gəlib. O, rəqibinə 3:5 hesabı ilə uduzaraq, gümüş medal qazanıb.
63 kq çəkidə Murad Məmmədov həlledici görüşdə ukraynalı Aleksandr Qruşinlə güləşib. İdmançımız rəqibini məğlub edərək, fəxri kürsünün birinci pilləsinə qalxıb.
87 kq çəkidə İslam Abbasov üçüncü yer uğrunda qarşılaşmada ukraynalı Jan Belenyukla qarşılaşıb. O, 1:2 hesabı ilə uduzub.
- Formula 1 Azərbaycan Qran-Prisinin bütün biletləri satılıb
- Qənirə Paşayevanın xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib - FOTO
- Leminadan Bupendza paylaşımı - FOTO
- Samir Əliyev: “Oynamayanlar əvəzedici heyətdə oynayanlardan yaxşıdır”
- Azər Həşimov: "Heç kim deyə bilməz ki, "Karvan"ı asanlıqla məğlub edəcəyik"