"Napoli"nin yarımmüdafiəçisi "İnter" yolunda
04.01.2024 - 00:52
"Napoli"nin yarımmüdafiəçisi Pyotr Zelinski komandanı tərk etmək üzrədir.
Apasport.az xəbər verir ki, o, "İnter"ə keçməyə yaxındır.
Neapollular 29 yaşlı futbolçu ilə vaxtında müqavilə bağlaya bilməyib. "Neradzurri" vəziyyətdən istifadə edərək onu heyətinə qatmaq niyyətindədir. Milanlılar Zelinskiyə mövsümə 4,5 milyon avro maaşla üç illik müqavilə təklif edib.
Qeyd edək ki, polşalı 2016-cı ildən "Napoli"də çıxış edir. Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 23 matçda meydana çıxıb, üç qol vurub və üç məhsuldar ötürmə verib.
- Benzia "Qarabağ"dan gedir? - ÖZƏL
- "Turan" FK-a məxsus Hünər təlim-məşq bazasının ilk təbii örtüklü meydançasının açılışı olub - VİDEO
- Rəşad Sadıqov: "Qarabağ", Qurban Qurbanov məktəbdir”
- Avropa klubunun rəsmisindən Yusif İmanov transferinə münasibət: "Biz onun klubuna təklif göndərdik"
- Millimizin yarımmüdafiəçisi: “Epizodları dəyərləndirməyəndə, rəqib səni cəzalandırır”
0
0