“Neftçi” transfer çalışmalarını davam etdirir.
Apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar” artıq İfeani Metyunun transferini reallaşdırıb.
Amma “Neftçi” bununla yetinmək istəmir.
Aldığımız məlumata görə, paytaxt təmsilçisi hücumçu axtarışlarını davam etdirir. Belə ki, “Neftçi” hazırda 3 hücumçu arasında seçim aparır. Klub istədiyi forvardı maliyyə məsələləsində də razı salmağa çalışacaq.
Danışıqların son mərhələsində də problem çıxmasa, daha çox prioritet sayılan forvardla razılaşacaq və 1+1 illik müqavilə imzalanacaq.
Xatırladaq ki, hazırda “Neftçi”nin hücum xəttində Ağadaş Salyanski, Bassala Sambu və Alessio Kurçi yer alıb.
- Şeydayev əsas komandaya qayıda bilər - YEGANƏ ŞANS
- Ayxan Abbasov: “Futbolçularımın çıxışı məni sevindirdi”
- "Zaqatala"nın baş məşqçisi: "Yaxşı heyət yığmaqla komanda oyunu nümayiş etdirmək fərqli şeylərdir"
- İlahi ədalət və ya bir şəyird ki, ustadına kəm baxa…
- Renat Dadaşov Azərbaycana gəlir - SON DƏQİQƏ