"Neftçi" - "Qarabağ" matçının premium tribuna biletləri satışda
12.02.2025 - 12:18
Bu həftə Misli Premyer Liqasının XXIII turuna start veriləcək.
Apasport.az xəbər verir ki, şənbə günü "Neftçi" "Qarabağ"ı qəbul edəcək.
Həmin matçın biletləri satışa çıxarılıb.
Bunların arasında premium tribuna biletləri də yer alıb. Həmin skyboxların hər biri 16 fərdi oturacaqdan ibarətdir.
Bu sektorda əyləşən izləyicilər yemək və içki servisi ilə təmin olunacaqlar. Onlar matçı ən prestijli yerdən izləmək imkanı qazanacaqlar.
Biletləri "iTickets"dən əldə etmək mümkündür.
- Yeni transferi izlədi, “Beşiktaş” qələbə qazandı
- "Fulhem"in futbolçusu "Barselona" arzusunda
- "Qarabağ" transfer axtarışında: YENİ MÜDAFİƏÇİ...
- "Zirə"nin futbolçusu uğrunda mübarizə qızışır - "Fənərbaxça", "Beşiktaş" və Fransa nəhəngi...
- Emil Mustafayevin yolu haradır? - AVROPA VƏ AZƏRBAYCAN VARİANTI
0
0