Azərbaycan milli komandasının və “Neftçi”nin futbolçusu Ramil Şeydayevin “Serik Belediyyespor”a mümkün keçidi barədə daha öncə xəbər vermişdik.
Belə ki, klubun əsas səhmlərinə sahib çıxan Tufan Sadıqov Şeydayevin komandaya cəlb edilməsini istəyib.
Apasport.az saytına verilən məlumata görə, o, yüksək maaş tələb etdiyindən Türkiyə klubu ilə ilkin danışıqlar müsbət yekunlaşmayıb.
Türkiyə 1-ci liqasında mübarizə aparan klub Şeydayevi razı salmaq üçün 2-ci təklifi irəli sürməyəcək. Məsələ burasındadır ki, “Neftçi”nin futbolçusunun maaşı “Serik Belediyyespor”un ehtimal etdiyindən daha da yüksək olub.
Qeyd edək ki, 29 yaşlı forvard 2024-cü il iyulun 16-da "Neftçi" ilə 3 illik müqavilə imzalayıb. O, karyerası ərzində "Zenit", "Trabzonspor", "Rubin", "Jilina", "Qarabağ", "Krılya Sovetov", "Dinamo" (Moskva), "Sabah", "Buriram Yunayted", "Kocaelispor" klublarında oynayıb.
- Ayxan Abbasov: “Futbolçularımın çıxışı məni sevindirdi”
- Qəbələ-Xankəndi ultramarafonununun sonuncu mərhələsinə start verilib
- Füzuli Məmmədov: “Kollektivdə qələbə hissi dirçəldi” - MÜSAHİBƏ
- Peşəkar Çövkən Liqasında VIII tura yekun vurulub
- Emil Mustafayevin yolu haradır? - AVROPA VƏ AZƏRBAYCAN VARİANTI