Mövsümə uğursuz start verən “Neftçi”də ayrılıqlar davam edəcək.
Apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar” yerli futbolçular arasında da göndəriləcək oyunçuları müəyyənləşdirib.
Roman Qriqorçuk milli komandamızın da üzvü olan Höccət Haqverdinin xidmətində maraqlı deyil. Ukraynalı mütəxəssis qışda Höccətlə yolların ayrılmasına, əvəzinə yeni oyunçunun transferinə göstəriş verib.
“Neftçi”nin qışda vidalaşmağa yaxın olduğu futbolçulardan biri də Rəhman Hacıyevdir. Klubun yarımmüdafiəçini Premyer Liqa təmsilçilərindən birinə icarəyə göndərəcəyi gözlənilir.
Xatırladaq ki, “ağ-qaralar” ötən həftə vitse-kapitan statusunu Rəhman Hacıyevdən alaraq Yuri Matiasa təqdim edib.
- Prezident İlham Əliyev “Formula 1”in prezidenti və baş icraçı direktorunu, məsləhətçisini və britaniyalı supermodeli qəbul edib
- Samir Əliyev: “Daha dərin problemlər var”
- Tsxadadze Azərbaycan millisi haqda: “Yerli futbolçular istəklə xaricə getməlidir“
- Şahin Diniyev: “Qorxmuram, komanda düz yoldadır”
- Varan Səudiyyə Ərəbistanı yolunda