“Neftçi” Elvin Camalovla bağlı qərarını verib.
Apasport.az saytına verilən məlumata görə, klub yarımmüdafiəçinin xidmətindən məmnundur.
“Ağ-qaralar” Camalovun müqavilə müddətini artırmağı planlaşdırır.
Həm Samir Abasov, həm də klub rəhbərliyi 30 yaşlı futbolçunun performansından razıdır. Abasov Elvinin gəlişi ilə dayaq zonasındakı problemin həll olunduğunu düşünür. Bu səbəbdən onun komandada qalacağı gözlənilir.
Bildirilir ki, Camalovun özü də "Neftçi" ilə yeni sözləşmə bağlamaqda maraqlıdır.
Qeyd edək ki, Elvin daha öncə “Qəbələ”, “Zirə” və “Sabah”da çıxış edib. Onun paytaxt təmsilçisi ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
- Azərbaycan Rusiyaya dəstək verməyib - AFFA YALANLADI - ÖZƏL
- Əfran İsmayılov: "İnanmıram ki, Rəşad Sadıqov kimi lider bir də Azərbaycan millisinə gəlsin"
- "Mançester Yunayted" "Jirona"nın müdafiəçisini istəyir
- Ernani Pereyra: "Karvan"ı Premyer Liqada görmək çox xoş və həyəcanlıdır"
- Avropa Liqasında 1/4 finalçılar müəyyənləşdi- YENİLƏNİB