"Neftçi"nin zədəli futbolçularının durumuna aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
“Sumqayıt”la Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçı çərçivəsində keçirilən qarşılaşmada zədələnən Andre Şinyaşikinin vəziyyəti bəlli olub. Baldır əzələlərində gərilmə olan futbolçu 2 həftədən sonra məşqlərə qoşula biləcək. Həmin matçdan əvvəl baş tutan məşq prosesində sıradan çıxan Eddi İsrafilov 1 həftə sonra komandaya qoşula biləcək. Uzun müddətdir zədəli olan İvan Brkiç isə artıq fərdi hazırlaqlara start verib. Onun qısa müddətdən sonra komanda ilə məşqlərə qoşulması gözlənilir.
Qeyd edək ki, "Neftçi" sabah Misli Premyer Liqasının 22-ci turunda "Araz-Naxçıvan"ın qonağı olacaq.
- “Şəfa” – “Şahdağ Qusar”: Bir oyundan daha artığı
- Lyuis Hemilton: "Formula 1"in yenilikçi çempionu
- Milyonlar xərclə, bir mikrofon alma: AFFA-nın növbəti utancı
- Veysəl Rzayev: "Təəssüf edirəm ki, avrokubok şansını əldən qaçırdıq"
- Ramal Hüseynov: “Belə işləməkdənsə, evdə oturub özlərinə hörmət etsinlər” - MÜSAHİBƏ