Oçe Oçoveçi: "Qarşımıza qoyulan hədəfə çatmağa çox yaxınıq"
20.02.2025 - 12:02
Oçe Oçoveçi: "Qarşımıza qoyulan hədəfə çatmağa çox yaxınıq"

"Sevinirəm ki, yolumuza lider olaraq davam edirik. Hər matçdan sonra hədəfə daha da yaxınlaşırıq".

Bu sözləri apasport.az saytına açıqlamasında Oçe Oçoveçi deyib.

"Qəbələ"nin futbolçusu MOİK-lə qarşılaşmanı dəyərləndirib: "Layiqli qələbə qazandıq. Hamımız xoşbəxtik.Baş məşqçimiz məni oyuna daxil edərkən bütün detalları söylədi. O, meydanda nə etməli olduğumu, hansı oyun planına keçəcəyimizi bildirdi. Mən də onun inamını doğrultmağa çalışdım. Bu mövsüm qarşımıza qoyulan hədəfə çatmağa çox yaxınıq. Artıq I Liqada rəqiblərimizlə xal fərqini artırmışıq. Çempionluq üçün mübarizə aparırıq".

Nigeriyalı futbolçu komandanın durumu barədə danışıb: "Çox yaxşı və keyfiyyətli futbolçulardan qurulmuş komandamız var. Kollektivdə olan hər kəs mehriban və səmimidir. Onların sayəsində adaptasiya problemi yaşamadım. "Qəbələ"yə asanlıqla uyğunlaşa bildim".

Yarımmüdafiəçi növbəti tur barədə fikirlərini də bildirib: "Karvan" çox güclü və əzmkar komandadır. Artıq onlarla bir dəfə qarşılaşmışıq. Turnir cədvəlinə baxsaq, əsas rəqibimiz onlardır. Maraqlı matç olacağını düşünürəm. Bu qələbəni unudub, həmin görüşə köklənməliyik".

Qeyd edək ki, I Liqanın XV turunda "Qəbələ" MOİK-i 4:0 hesabı ilə məğlub edib.