
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun şəxsən sərəncamında görmək istədiyi Andre Klovis Azərbaycana gələsi olmayıb.
Apasport.az saytına verilən məlumata görə, Ağdam klubu braziliyalı forvardın transferi üçün “Akademika Vizeu” klubunu razı sala bilməyib.
27 yaşlı futbolçunun özü “Qarabağ”a keçidə müsbət yanaşsa da, Portuqaliya təmsilçisi onu buraxmağa razı olmayıb.
Buna səbəb klubun istədiyi məbləğin təklif olunmamasıdır. Nəticədə Azərbaycan çempionunun 3-cü təklifi də müsbət yekunlaşmayıb.
Həmçinin Bolqarıstanın “Levski” klubu da Klovis üçün hərəkətə keçib. Sofiya təmsilçisi “Akademika Vizeu”ya lazımı təklifi göndərib. Böyük ehtimalla forvard məhz Bolqarıstanın yolunu tutacaq.