"Qarabağ"a növbəti imtina: Daha bir hücumçu "yox" dedi
30.07.2025 - 15:19
“Qarabağ”ın transfer siyahısında yer alan hücumçulardan daha biri Azərbaycana gələsi olmayıb.
Apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi İsveçrənin “Aaurau” klubunda oynayan Yannik Tureni heyətinə qatmaq istəyib.
Lakin 24 yaşlı forvard Xorvatiyanın “Osiyek” klubuna keçməyə üstünlük verib.
Seneqal əsilli isveçrəli “ağ-mavilər"lə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, hücumçu “Yanq Boyz”, “Vill 1900” və “Tun” klublarında çıxış edib.
- Paris-2024: Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib
- Tahir Abdullayev: Lazım gəlsə, rəqibimə Masallı ciu-citsusunu göstərərəm
- Ronaldo üçün yeni mükafat
- "Sportinq" Qyökereşə əvəzləyici tapdı: İSPANİYADAN PORTUQALİYAYA
- "Zirə"nin futbolçusu uğrunda mübarizə qızışır - "Fənərbaxça", "Beşiktaş" və Fransa nəhəngi...
0
0