“Qarabağ”ın futbolçusu Marko Yankoviçin durumu bəlli.
Apasport.az saytına verilən məlumata görə, Çempionlar Liqasının I turunun “Benfika”(2:3) ilə görüşünün gedişində zədələnən və oyunu məcburiyyətdən yarımçıq tərk edən monteneqrolu MRT müayəsindən keçib.
Yankoviçin zədəsinin ciddi olduğu ortaya çıxıb.
Əldə etdiyimiz məlumata görə, Marko təxminən 5-6 həftə yaşıl meydanlardan uzaq qalacaq. Onun oktyabrın 1-də keçiriləcək “Qarabağ” – “Kopenahagen” görüşündə meydana çıxmayacağı dəqiqləşib.
Futbolçunun oktyabrın 22-də “Atletik” (Bilbao) klubuna qarşı matçda da meydana çıxmayacağı ehtimal edilir.
- Rəşad Sadıqov: "Bərabərlik bizim üçün qızıla bərabər idi"
- Söyüncü "Porto" yolunda
- Fərrux Mahmudov: “İki futbolçuya təklif göndərilib, cavab gözləyirik”
- Niyə heç kim bizimlə oynamır? - AFFA-nın urvatsız etdiyi milli
- “Formula 1” Qatar Airways Azərbaycan Qran-prisi 2024-ün kuboku “Odlar Yurdu”na həsr edilib