“Qarabağ” daha bir futbolçusu ilə vidalaşmağa hazırlaşır.
Apasport.az saytının əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi Emmanuel Addai ilə yollarını ayıracaq.
Cari mövsümün sonunda müqaviləsi başa çatacaq qanalı vingerlə yeni sözləşmə ilə bağlı razılığa gəlinə bilmir. “Köhlən atlar” 24 yaşlı futbolçunu komandada saxlamaq niyyətindədir.
Lakin o, azad agent kimi “Qarabağ”dan ayrılmaq istəyir. Buna səbəb Addainin Avropa klublarından aldığı təkliflərdir.
Xatırladaq ki, Addai 2024-cü ilin yayında İspaniyanın “Alkorkon” klubundan transfer olunmuşdu.
Qeyd edək ki, Emmanuel bu mövsüm “Qarabağ”ın heyətində bütün turnirlər daxil olmaqla 36 rəsmi matçda iştirak edib, 4 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Şamaxı"nın yeni transferi: " Bura yaxşı, səviyyəli oyunçuların olduğu çempionatdır"
- Endryu Qravilyon: “Neftçi” Azərbaycanın ən böyük klubudur”
- PSJ Reşforddan imtina etdi
- Qurban Qurbanov: Futbolçu deyir ki, mənə yaxşı təklif var. Gedim, yoxsa qalım?
- "Qarabağ"da yol ayrımı: daha bir legioner Avropa yolunda