"Qarabağ"ın yetirməsi I Liqa klubunda - RƏSMİ
02.02.2026 - 12:37
"Qarabağ"ın yetirməsi Nihad Əliyev komandasını dəyişib.
Apasport.az xəbər verir ki, o, I Liqa təmsilçisi "Difai"yə transfer olunub.
Bunu klubun mətbuat xidməti açıqlayıb. Müdafiəçi artıq kollektivə qoşulub.
Onun son klubu II Liqada mübarizə aparan "Quba" komandası olub.
Qeyd edək ki, Əliyev "Qarabağ"ın U-10 komandasından əvəzedicilərinə qədər bütün yaş qruplarında çıxış edib. O, Azərbaycanın U-16, U-17 və U-19 yığmalarında da forma geyinib.
- Erik Ramos: "Çempionata bu cür başlamaq turnirlə çox erkən vidalaşmaq deməkdir" - MÜSAHİBƏ
- Eddi Hou: “Uğurlu çıxışımızı davam etdirmək istəyirik”
- "Neftçi" Meza Kollidən imtina etdi: "Ağ-qaralar" almaniyalını hədəfləyir
- “Nottingem Forest” apellyasiya şikayəti verdi
- "Qarabağ"da kritik müqavilə - LEGİONERLƏ RAZILIQ ƏLDƏ OLUNDU
0
0