"Qəbələ" yenidən Misli Premyer Liqasına qayıdıb.
Apasport.az xəbər verir ki, bu, I Liqanın XX turunda rəsmiləşib.
Çempionatın lideri sona 7 tur qalmış elitaya vəsiqəni təmin edib. Komanda buna "Baku Sporting"i 5:0 hesabı ilə məğlub edərək nail olub.
AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, I Liqada ilk 3 yeri tutan klublar Premyer Liqa yüksəlir.
"Qəbələ" isə 52 xalla 4-cü pillədə qərarlaşan "Baku Sporting"i 26 xal qabaqlayıb. Sona 7 tur qaldığı üçün "qırmızı-qaralar" paytaxt təmsilçisi üçün əlçatmaz olub.
Qeyd edək ki, “Qəbələ” 2006/07 mövsümündən 2023/24 mövsümünə qədər Premyer Liqada çıxış edib.
Komanda Premyer Liqa sevincini azarkeşləri ilə bölüşüb. Həmin anların görüntülərini təqdim edirik:
- “Sumqayıt”dan növbəti transfer
- Tərlan Əhmədov Azərbaycan millisinə inanır: “Üstünlüyün bizim tərəfimizdə olduğunu düşünürəm”
- "Zirə"nin futbolçusu uğrunda mübarizə qızışır - "Fənərbaxça", "Beşiktaş" və Fransa nəhəngi...
- Ernani Pereyra: "Karvan"ı Premyer Liqada görmək çox xoş və həyəcanlıdır"
- Fernandu Santuş: "Meydana yalnız qələbə üçün çıxacağıq"