Qəzənfər Abbasov MOİK-dən ayrıldı - ÖZÜ AÇIQLADI
18.03.2025 - 22:21

Futbol üzrə Azərbaycan I Liqasında ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, Qəzənfər Abbasov MOİK-i tərk edib.
Bu barədə mütəxəssis öz sosial şəbəkə hesabında paylaşım edib. O, seçimi özünün etdiyini bildirib:
"Bu gün bir məşqçi kimi seçim edərək, MOİK ilə yolumu ayırmaq qərarına gəldim. Hər zaman klubun adını yüksəkdə tutmaq və uğur qazanmaq üçün əlimdən gələni etdiyimə inanıram. MOİK-ə gələcəkdə uğurlar arzulayıram".
Qeyd edək ki, o, 2022-ci ilin qışından bu vəzifədə idi.
0
0