"Qranada" uğursuz seriyaya son qoydu
04.01.2024 - 00:20
La Liqada 19-cu turun matçları keçirilir.
Apasport.az xəbər verir ki, "Qranada" doğma meydanda "Kadis"i məğlub edib - 2:0.
Bununla da, əndəlüslülər uğursuz seriyaya son qoyub. Komanda 16 oyundan sonra qələbə qazanıb. Aleksander Medinanın yetirmələri sonuncu dəfə ötən ilin avqustunda "Malyorka"ya qalib gəlmişdi - 3:2.
Qeyd edək ki, "Qranada" turnir cədvəlində 19-cu pillədə qərarlaşıb. Komanda 19 matçdan sonra 11 xal toplayıb.
- “Bakı yarışının qadın marşalları idman dünyası üçün yeni ilham mənbəyi olacaq”
- Əfran İsmayılov: "İnanmıram ki, Rəşad Sadıqov kimi lider bir də Azərbaycan millisinə gəlsin"
- Ramal Hüseynov: “Belə işləməkdənsə, evdə oturub özlərinə hörmət etsinlər” - MÜSAHİBƏ
- "Barselona"da yeni hücumçu
- Politano Səudiyyə Ərəbistanı yolunda
0
0