“Real” qış transfer pəncərəsində yeni müdafiəçi almağı düşünmür.
Apasport.az xəbər verir ki, madridlilər zədəli futbolçuların çoxluğu ilə bağlı problem yaşayır.
Lakin klub heyətinə yeni müdafiəçi qatmamaq qərarına gəlib. Zədələrə baxmayaraq, klub müdafiənin mərkəzində oynaya biləcək üç oyunçu ilə kifayətlənmək qərarına gəlib. Rəhbərliyin düşüncəsinə görə, Antonio Rudiger, Naço Fernandes və Orelyen Tçuameni bu boşluğu doldura biləcək gücdədir.
Lazım gələrsə, “Real” müdafiənin mərkəzində əvəzedici heyətin oyunçularından istifadə edəcək.
Qeyd edək ki, Eder Militao və David Alabanın martın sonuna kimi sağalacağı gözlənilir.