Şahin Diniyev: “Komandanın toparlanması məni sevindirir”
24.02.2024 - 20:20
Şahin Diniyev: “Komandanın toparlanması məni sevindirir”

"İqor Ponomoryovun bu gün doğum günüdür, onu təbrik edirəm. Əsas can-sağlığıdır. Bu gün hər nəticə ola bilərdi. "Sabah" yaxşı komandadır. Hansı rəqibə qarşı oynayacağımızı bilirdik. Onların keyfiyyətli oyunçuları var. Təşkilatlanmış kollektivdir, oyun stili var. Bizim üçün çətin idi, ilk yarıda hücum qurmağa tələsirdik. Fasilədən sonra dinamik futbol oldu, qarşılıqlı hücumlar şəraitində keçən oyun idi. Azarkeşlər üçün də maraqlı matç alındı. Qapılar qarşısında yetərincə qol epizodları yarandı. Bu gün "Səbail" kompakt, komanda şəkildə xarakter göstərdi. Futbolçular meydanın hər qarışı uğrunda canlarını, başlarını qoymağa hazır idilər. Komandanın toparlanması məni sevindirir. Müdafiədə səhvlər etmədik. Hücumda potensialımız böyükdür. Sadəcə, müdafiədə kobud səhvlər olurdu. Ötən oyunda iki müdafiəçimizin hədiyyəsindən sonra hesab 2:2 olmuşdu. Bu gün həmin hədiyyələr olmadı. Komanda düzgün yoldadır. Artıq stabil heyətə yaxınıq. Stabil heyət olacaqsa, stabil oyun və stabil nəticə olacaq. "Sabah"a gələcək oyunlarda uğurlar arzulayıram".

Apasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının 24-cü turunun "Sabah"la oyunundan (2:0) sonra "Səbail"in baş məşqçisi Şahin Diniyev deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Verilməyən penalti epizodunuz var idi. Təkrara baxdınız?
- İkitərəfli idi. Referi həm verə bilərdi, həm də verməyə bilərdi. Baş hakim belə qərar verdi və hörmətlə yanaşıram.

- Ağabala Ramazanovun durumu necədir?
- Fərdi şəkildə sağlamlıq idmanı ilə məşğuldur. Peşəkar idmanla yox. Özünü bərpa etdikdən sonra martda məşqlərə qayıda biləcək.

writer photo
İsmayıl Xeyrullayev
0