Şahin Diniyev: “Qorxmuram, komanda düz yoldadır”
22.09.2024 - 20:23
Şahin Diniyev: “Qorxmuram, komanda düz yoldadır”

Misli Premyer Liqasının VII turunun "Səbail" - "Sabah" matçından (2:4) sonra meydan sahiblərinin baş məşqçisi Şahin Diniyevin mətbuat konfransı keçirilib.

"Çox danışmaq istəmirəm. Dinamik matç idi. Qarşılıqlı hücumlar şəraitində keçən oyun idi. Bəsit qollar buraxdıq. Üç qolu buraxmağa layiq deyildik. Heçnədən penalti verildi. "Sabah"ın keyfiyyətli oyunçuları oyunun taleyini həll etdi. Komandam öz səviyyəsinə uyğun futbol oynadı. Çox qol epizodları yaratdıq. Komandaya narazılığım yoxdur. İrəli baxmaq lazımdır. Komanda yaxşı futbol oynayır. Arxadabəzi səhvlərimiz var. Uğurlu nəticələr qazanacağıq. Bir qələbədən sonra komanda özünə inanacaq.

- Dövrə sona yaxınlaşır.Autsayderlərin sırası müəyyənləşir. "Kəpəz", "Neftçi", "Səbail". Hansısa radikal müdaxiləyə ehtiyac var. Hansıdır həmin müdaxilə?
- Üç xallıq sistemdə tələsmək lazım deyil. Hələ 7 oyun keçib. Oyunların çoxu qarşıdadır. Autsayderlər tam formalaşmayıb. Komanda yenidən qurulub. Onun birlikdə oynamasına ehtiyac var. Komandada hər oyunda irəliləyiş var. Qorxmuram, komanda düz yoldadır. Qısa zamanda nəticə olacaq. Tələsməyə ehtiyac yoxdur. Gənc komandayıq. Təcrübə baxımından çətinliyimiz var. 

- "Kəpəz" və "Neftçi"də o oyun da yoxdur..
- Mən öz komandamdan danışıram. Heç bir komanda haqda danışmaq istəmirəm. Oyunumuz var və nəticə də gələcək. 

- Beşinci qoldan sonra azarkeşlər də bayrağı yerə qoyub getdilər. Azarkeşlərin də komandaya inamı itib? 
- Deməzdim. Azarkeşlər nəticə və qollarla yaşayır. Hesaba görə, bunu etmək normaldır. Onlar hətta 2:4-olanda da bizdən geridönüş gözləyirdilər. Bu azarkeşlərin ixtiyarına buraxılan şeydir. Qələbədən uzaq olduğumuzu görüb getdilər. O qədər bərbad vəziyyət deyilik.

writer photo
İsmayıl Xeyrullayev
0