"Belə yükləmələrin fonunda bu oyun bizə lazım idi. Komandanı bu şəraitdə də görmək vacibdir".
Apasport.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov "Darmştadt"la matçdan (0:3) sonra deyib. Mütəxəssis görüş haqda fikirlərini bildirib:
"Çox çətin oyun oldu. Əslində belə də gözləyirdik. Yanvarın 3-dən bəri fasiləsiz məşq edirik. Cədvəlimiz çox sıxdır. Uşaqlar mənim tapşırıqlarıma əsasən əllərindən gələni etməyə çalışdılar. Bu, mövsümün ikinci yarısına hazırlıqdır. Nəticə məyusedici olsa da, yoldaşlıq oyunudur. Bu oyunu diqqətlə təhlil edəcəyik. Nəticə üzərində dayanmayacağıq, daha çox vacib matçlarda bugünkü səhvlərimizin qarşısını almaq üçün meydanda nə edə biləcəyimizi qeyd edəcəyik".
- Peşəkar Çövkən Liqasında VIII tura yekun vurulub
- Ayxan Abbasov: “Bundan sonra daha çətin olacaq”
- Portuqaliya klubundan "Qarabağ"a 3-cü dəfə rədd cavabı: HÜCUMÇU TRANSFERİ YARIMÇIQ QALDI
- Fernandu Santuş: “İsveçin mənfi nöqtələrinə fokuslanmışıq”
- İsrarla Rüfət Abdullazadəni istəyirlər - QƏRARINI VERMƏYİB