Səbuhi Abdullazadə Avropa yolunda - Millimizin üzvü uğrunda mübarizə
21.04.2025 - 20:51
Səbuhi Abdullazadə Avropa yolunda - Millimizin üzvü uğrunda mübarizə

Azərbaycan millisinin daha bir üzvü Polşaya yollana bilər.

Apasport.az saytına verilən məlumata görə, "Sumqayıt"ın yarımmüdafiəçisi Səbuhi Abdullazadə Polşa klublarının maraq dairəsinə düşüb.

Həmin klublardan biri də "Radomyak"dır.

Renat Dadaşov və Rahil Məmmədovun formasını geyindiyi Radom təmsilçisi Abdullazadə ilə bağlı planını hazır edib.

Klub onu yayda heyətinə qatmaq istəyir. Lakin futbolçunun xidmətində başqa klublar da maraqlıdır. Bu səbəbdən burda Səbuhinin özünün seçimi rol oynayacaq.

Qeyd edək ki, Səbuhinin "Sumqayıt"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.