Sərtan oynadı, komandası uduzdu
16.03.2024 - 22:51
Türkiyə 1-ci Liqasında 27-ci tur davam edir.
Apasport.az xəbər verir ki, azərbaycanlı futbolçu Sertan Taşkın da növbəti oyununu keçirib.
Onun şərəfini qoruduğu “Manisa” “Çorum”un qonağı olub. Taşkının komandası 3:4 hesabı ilə uduzub. 90 dəqiqə meydanda olan Sertan sarı vərəqə ilə yadda qalıb.
Qeyd edək ki, “Manisa” 30 xalla 11-ci pillədə qərarlaşıb.
0
0