Əlcəzair millisinin sabiq üzvü Sofian Fequli karyerasını Azərbaycanda davam etdirə bilər.
Apasport.az saytına verilən məlumata görə, təcrübəli futbolçunun xidməti bir neçə klubumuza təklif edilib.
Hazırda azad agent statusuna malik olan Fequli özü də Azərbaycanda oynamağa hazırdır.
O, bu barədə menecerlərinə bildirib.
Əllcəzairlinin xidmətində bir neçə Azərbaycan klubu maraqlıdır. Lakin hələ ki, rəsmi təkliflə çıxış edən olmayıb. Onun taleyinə yayda aydınlıq gələcək.
Qeyd edək ki, Fequli karyerası ərzində "Qrenobl", " Valensiya", "Almeriya", " Vest Hem", "Qalatasaray" və "Fatih Karagümrük" kimi klublarda çıxış edib.
- “Sabah” Çempionlar Liqasında mübarizəni dayandırdı
- “Qarabağ” çempionluğu necə əldən verdi? - Titulsuz mövsümün 7 səbəbi
- Tanınmış UFC döyüşçüləri azarkeşlərlə görüşüblər
- "Neftçi" - "Qarabağ" matçının premium tribuna biletləri satışda
- Okan Buruk: “Dördüncü hakim türk olduğu üçün referi onu dinləmədi..."