Vitali Borisov: “Uşaqlar hansı tapşırıqları vermişdimsə, icra etdilər”
20.09.2024 - 00:23
Vitali Borisov: “Uşaqlar hansı tapşırıqları vermişdimsə, icra etdilər”

"Səhvlərimiz oldu, rəqib də bundan maksimum istifadə etdi. Onlar da düzələcək səhvlərdir".

Apasport.az xəbər verir ki, bunu futzaldan ibarət Azərbaycan yığasının baş məşqçisi Vitali Borisov deyib.

"Oyun maraqlı keçdi. Uşaqlardan razı qaldım. Nə demişdimsə, hansı tapşırıqları vermişdimsə, icra etdilər. Sadəcə, qol vura bilmədik. Rəqibin sürətinə dözdülər. Standart vəziyyətdən qol buraxmadıq. Oyunu 7-8 futzalçı ilə keçirdik. Fərid Abbasov da ikinci hissədə yüngül zədələndi. Bu matçda 3 futzalçı millinin heyətində debüt etdi. Eldar bir qədər fərqli oyunçudur. O, “stolb” kimi çıxış edir. Ona görə atletik oyuna üstünlük verən komandalara qarşı mübarizə çətin alınır. Ancaq Mirzə ilə Fərid verdiyim tapşırıqları yerinə yetirdilər”.

Qeyd edək ki, millimiz Çexiyada keçirilən oyunda 0:3 hesabı ilə uduzub.

writer photo
İsmayıl Xeyrullayev
0