Yığmamız Almaniyada 4-cü oldu
24.03.2024 - 22:56
Yığmamız Almaniyada 4-cü oldu

Almaniyada yeniyetmə və gənc qızlar arasında keçirilən beynəlxalq Türingiya kubokuna yekun vurulub.

Apasport.az xəbər verir ki, turnirdə Azərbaycan yığması 2 qızıl və 1 gümüş medal qazanıb.

40 kq çəkidə Xədicə Abdullayeva və 52 kq çəkidə Vüsalə Hacıyeva bütün rəqiblərini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. 44 kq çəkidə Leyla Ələkbərova finalda uduzaraq, 2-ci olub.

Qeyd edək ki, millimiz turnirdə 6 çəki dərəcəsində 15 cüdoçu ilə təmsil olunub. Ümumi sıralamada yığmamız 4-cü olub.

writer photo
İsmayıl Xeyrullayev
0