“Zirə”nin daha bir futbolçusu Avropa klublarının maraq dairəsinə düşüb.
Apasport.az saytının əldə etdiyi məlumata görə, komandanın müdafiəçisi Ruan Renatoya ciddi müştərilər çıxıb.
Avropa və Asiyadan bir neçə klub braziliyalını heyətinə qatmaqda israrlıdır.
Lakin futbolçunun özü “Zirə”də qalmaq niyyətindədir. O, ən azı gələn mövsümün sonunadək komandadan ayrılmağı düşünmür.
Arxa xətt oyunçusunun qəsəbə təmsilçisi ilə müqaviləsi yayda başa çatacaq. Klub rəhbərliyi də onunla sözləşməni yeniləməyi planlaşdırır.
Qeyd edək ki, Renato “Zirə”yə 2023-cü ilin yayında keçib. O, daha öncə “Qəbələ”də çıxış edib.
- Qurban Qurbanov: “Hazırlaşmağa vaxtımız az oldu”
- Qəbələ-Xankəndi ultramarafonununun sonuncu mərhələsinə start verilib
- “Qəbələ”nin yeni transferi: “İşimizə peşəkar və çox ciddi yanaşırıq”
- "Sabah"ın yeni mövsüm planı - Razılığı gözləyirlər
- Tahir Abdullayev: Lazım gəlsə, rəqibimə Masallı ciu-citsusunu göstərərəm