"Zirə"nin futbolçusu Giorgi Papunaşvili bir neçə klubun maraq dairəsinə düşüb.
Apasport.az saytının əldə etdiyi məlumata görə, onunla Premyer Liqa təmsilçiləri də yaxından maraqlanır.
Gürcüstanlının klubla müqaviləsi yayda başa çatacaq.
Buna baxmayaraq, o, artıq digər təkliflərdən imtina edib. Yarımmüdafiəçi hazırda "Zirə" ilə avrokuboklarda çıxış etmək barədə düşünür.
Klub da onunla sözləşməni yeniləmək fikrindədir. Danışıqlar prosesi hələ ki, davam edir. Tərəflərin yeni - 1 illik müqavilə imzalayacağı bildirilir.
Qeyd edək ki, Papunaşvili ötən ilin yayından "Zirə"nin şərəfini qoruyur. O, daha öncə "Real Zaraqoza", "Rasinq" (hər ikisi İspaniya), "Radniçki" (Serbiya) və "Kəpəz" kimi klublarda çıxış edib.
- Belarusun “Dinamo Minsk” komandası Konfrans Liqasının ev oyunlarını Sumqayıtda keçirəcək
- “Real”ın futbolçusu Mərakeş millisi yolunda
- Bakıda keçirilən UFC-də ilk qadın qalib Siqula oldu
- Samir Abasov: “Bundan sonrakı oyunlara köklənməliyik”
- "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribunalar salınır