“Zirə”nin yeni transfer hədəfi - BRAZİLİYALI HÜCUMÇU
15.05.2025 - 11:16
“Zirə”nin yeni transfer hədəfi - BRAZİLİYALI HÜCUMÇU

“Zirə” heyətini gücləndirmək niyyətindədir.

Klub legioner axtarışlarını davam etdirir. “Şamaxı”dan Brahim Konate ilə anlaşan qəsəbə təmsilçisi “Araz-Naxçıvan”ın futbolçusunu da diqqətdə saxlayır.

Apasport.az saytına verilən məlumata görə, Rafael Utziqin komandanı tərk etmək ehtimalı yaranıb. 

Buna görə də, “Zirə” “Araz-Naxçıvan” forması geyinən Felipe Santosu heyətinə qatmaq istəyir.

Lakin Naxçıvan təmsilçisinin özü də futbolçusu ilə müqavilə müddətini artırmaq niyyətindədir. Santosun hansı qərarı verəcəyi mövsümün sonunda bəlli olacaq.

28 yaşlı futbolçunun "Araz-Naxçıvan"la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. O, "Palmeyras", "Ankaran", "Maribor", "Qəbələ", "Şamaxı" klublarında çıxış edib.