“Lənkəran”dan növbəti transfer
17.09.2024 - 18:21
"Lənkəran" heyətini yeni basketbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, klub 20 yaşlı basketbolçu Varid Ağasızadəni heyətinə qatıb.
Bunu cənubluların mətbuat xidməti açıqlayıb. Onunla 1 illik müqavilə imzalanıb. Oyunçunun son klubu "Sərhədçi" olub.
176 sm boya malik Varid oyun qurucusudur. Ağasızadə həm də Azərbaycanın U-20 millisinin üzvüdür.
Qeyd edək ki, “Lənkəran” bundan əvvəl Azərbaycanın U-18 və U-20 millilərinin basketbolçusu Rəşid Abbasov və amerikalı Qreqory Miltonu heyətinə qatıb.
0
0