Emin Mahmudov: “Yaxşı oyun göstərməyə çalışacağıq”
04.09.2024 - 18:45
Emin Mahmudov: “Yaxşı oyun göstərməyə çalışacağıq”

Futbol üzrə Azərbaycan millisi sabah növbəti matçına çıxacaq.

Apasport.az xəbər verir ki, yığmamız Millətlər Liqası çərçivəsində İsveçi qəbul edəcək.

Qarşılaşmadan öncə komandamızın kapitanı Emin Mahmudov mətbuat konfransında iştirak edib:

"Sabah bizi çox yaxşı komandaya qarşı matç gözləyir. Yaxşı oyun göstərməyə çalışacağıq. Bilirik ki, yaxşı futbolçuları var. Bizim məqsədimiz var. Qalib gəlmək istəyirik".

- İsveç revanş almaq istəyəcək. Motivasiya necədir?
- İsveçə qarşı son oyun karyeramın ən yaxşı matçlarından biri oldu. Komandaya kömək edəcəm. Allah qoysa, yaxşı oynayarıq.

- Fernandu Santuşla ilk dəfədir çalışırsız...
- Normal bir məşq keçirdik. Yavaş-yavaş onun oyun fəlsəfəsini həyata keçiririk.

- "Neftçi"də əhval-ruhiyyə yaxşı deyil. Millidə bunu unutmaq üçün nə edirsən?
- Heç vaxt klubdakı problemləri milliyə gətirməmişəm. Çalışmışam ki, ayrı-ayrı yanaşım. Milliyə gələndə heçnə düşünmürəm. Problemlər çox olur. Amma kənara qoyub, millini düşünürəm.

- Ötən qalibiyyətin təsadüf olmadığını sübut etmək üçün nə edəcəksiz?
- Maksimum diqqətli olmalıyıq. Bizi çox yaxşı rəqib və çox güclü oyunçular gözləyir. Çalışacağıq ki, mübarizə göstərərək, öz futbolumuzu oynayaq. 

- Hansı futbolu oynayacağıq?
- Bir günlə heç nə dəyişə bilmərik. Çox kompakt, topla oynamağa çalışacağıq. Alınacaq ya, yox, bunu zaman göstərəcək. Çalışacağıq.

writer photo
İsmayıl Xeyrullayev
0