"Oyundan əvvəl bilirdik ki, bizim üçün çətin sınaq olacaq. Rəqibin oyunlarını izləmişdik. Azərbaycan millisinə hörmətlə yanaşırdıq. Rəqibi məğlub etmək üçün yaxşı səviyyədə oynamalı idik. Yaxşı çıxış etdik. Azərbaycan millisinə qarşı İngiltərədə oynamağı səbrsizliklə gözləyirik".
Apasport.az xəbər verir ki, bu sözləri İngiltərənin U-21 milli komandasının baş məşqçisi Li Karsli deyib. O, Avro-2025-in seçmə mərhələsi çərçivəsində baş tutan Azərbaycanla matçı (5:1) dəyərləndirib:
- Demək olar ki, sizin üçün asan oyun keçdi?
- Xeyr, biz elə hiss etmədik. Azərbaycan millisinin yaxşı fürsətləri oldu. Əsasən də əks-hücumlarda və standart vəziyyətlərdə. Nəticədən razı qaldım.
- Azərbaycan millisi sizə hansı çətinliklər yaratdı?
- Əsasən onları əks-hücumda gözləyirdik. Oyunun əvvəlində yaxşı fürsətləri oldu. Həmin epizodda yaxşı müdafiə olunduq.