Bu gün UEFA Millətlər Liqasında II turun növbəti oyunları keçirilib.
Apasport.az xəbər verir ki, birinci turda İtaliyaya uduzan Fransa bu dəfə Belçikanın müqavimətini qırmağa çalışıb. İtaliyanın rəqibi İsrail olub.
Türkiyə yığması İslandiyanı qəbul edib. Bu gün baş tutan matç Türkiyə millisi tarixində 633-cü qarşılaşma olub.
Matç "ay-ulduzlular"ın inamlı qələbəsi ilə başa çatıb: 3:1.
Kerem Aktürkoğlu het-triki komandasına qələbə qazandırıb.
UEFA Millətlər Liqası
II tur
C Liqası
II qrup
20:00 Kipr – Kosovo 0:4
22:45 Rumıniya – Litva 3:1
Xal durumu: Rumıniya – 6, Kosovo – 3, Kipr – 3, Litva – 0
A Liqası
II qrup
22:45 Fransa – Belçika 2:0
22:45 İsrail – İtaliya 1:2
Xal durumu: İtaliya – 6, Fransa – 3, Belçika – 3, İsrail – 0
B Liqası
IV qrup
22:45 Türkiyə – İslandiya 3:1
22:45 Monteneqro – Uels 1:2
Xal durumu: Türkiyə – 4, Uels – 4, İslandiya – 3, Monteneqro – 0
III qrup
22:45 Sloveniya – Qazaxıstan 3:0
22:45 Norveç – Avstriya 2:1
Xal durumu: Sloveniya – 4, Norveç – 4, Avstriya – 1, Qazaxıstan – 1
- Taqir Ulanbekov: “Həbib həmişə mənə deyir ki, çəkinmə, irəli atıl”
- Latviya millisinin sabiq üzvü: “Azərbaycan ciddi rəqibdir”
- “Liverpul”dan növbəti transfer: Uqo Ekitike
- Fernandu Santuş: “Gecə yata bilməyəcəm”
- ACF-nin idman direktoru: "Liqalarda toplanan xallar cüdoçuların reytinqini formalaşdıracaq"