
Bakıda keçirilən UFC döyüş gecəsi davam edir.
Apasport.az xəbər verir ki, turnirin əsas görüşlərinə start verilib.
Öncə yarım yüngül çəki dərəcəsində mübarizə baş tutub.
Tacikistan təmsilçisi Məhəmməd Nayimov avstriyalı Boqdan Qradla qarşılaşıb. Döyüşün ilk raundu qarşılıqlı zərbələr şəraitində keçib. İkinci raundda da eyni ssenari davam edib. Üçüncü raundda da qalib bəlli olub.
Yekunda qalib hakimlərin səsverməsi ilə müəyyənləşib. Referilər Muhammed Nayimovun üstün olduğunu bildiriblər və tacikistanlı idmançı qələbə qazanıb.
Qeyd edək ki, Azərbaycan təmsilçilərinin də çıxış edəcəyi əsas döyüşlərə 23:00-da start veriləcək.
- "Neftçi"nin istədiyi yarımmüdafiəçi üçün 500 min avro
- "Zaqatala"nın baş məşqçisi: "Yaxşı heyət yığmaqla komanda oyunu nümayiş etdirmək fərqli şeylərdir"
- ÇL: "Qarabağ"ın potensial rəqibləri bəlli oldu - YENİLƏNİB
- İsveç kubokunun finalının tarixi dəyişdirildi
- Aleksandr Zinçenko: "Bu suala cavab verməkdən yorulmuşam"